_1778593691.webp)
Bakıya yaxın qısa tətil üçün ideal bölgələr
Bəzən yalnız şəhərin səs-küyündən uzaqlaşmaq istəyirsən, amma nə uzun plan qurmağa vaxtın olur, nə də ki, enerjin. Belə anlarda uzaqlara getməyə ehtiyac yoxdur. Bakıya yaxın bölgələr qısa müddətdə həm zehni, həm fiziki olaraq yenilənməyin üçün kifayətdir.
Həftəsonunu dəyərləndirmək, rutindən çıxmaq və qısa bir istirahət istəyirsənsə, bu istiqamətlər sənin üçün doğru seçimdir.
Xızı
Xızı Azərbaycanın qeyri-adi təbiət mənzərələrindən birinə sahibdir. Rəngarəng dağ silsilələri buranı vizual olaraq unikal edir.
Əgər qısa müddətlik şəhərdən çıxıb fərqli bir atmosfer hiss etmək, sakitlikdə zaman keçirmək və gözəl fotolar çəkmək istəyirsənsə, Xızı ən rahat seçimlərdən biridir.
Şamaxı
Şamaxı həm sakitliyi, həm də mədəni zənginliyi ilə seçilir. Dağ mənzərələri, təmiz hava və tarixi məkanlar burada balanslı bir istirahət imkanı yaradır.
Həm dincəlmək, həm də yeni yerlər kəşf etmək istəyənlər üçün Şamaxı ideal istiqamətdir. Burada keçirdiyin qısa zaman belə səni gündəlik tempdən uzaqlaşdırmağa kifayət edir.
İsmayıllı
İsmayıllı daha çox sakitlik və komfort axtaranlar üçün uyğundur. Yaşıl vadilər, meşəlik ərazilər və təmiz hava buranı xüsusilə ailəvi istirahət üçün cazibədar edir.
Əgər məqsədin sadəcə “dincəlmək”dirsə heç bir təlaş olmadan, sakit və keyfiyyətli vaxt keçirmək istəyirsənsə İsmayıllı doğru seçimdir.
Quba
Quba sıx meşələri və sərin iqlimi ilə xüsusilə yay aylarında ən çox seçilən bölgələrdən biridir. Şəhərin istisindən qaçmaq və daha təmiz, sərin bir mühitdə istirahət etmək istəyənlər üçün ideal variantdır.
Aktiv istirahəti sevənlər üçün isə burada gəzinti, təbiət yürüşləri və yeni məkanlar kəşf etmək üçün kifayət qədər imkan var.
Xaçmaz (Nabran)
Xaçmazın Nabran istiqaməti həm dəniz, həm də meşə istirahətini bir araya gətirir. Yay aylarında populyar seçimlərdən biri olmasının səbəbi də məhz bu balansdır.
Əgər gününü dəniz kənarında başlayıb axşamını meşə sərinliyində keçirmək istəyirsənsə, Nabran sənə istədiyin rahatlığı verəcək.
Niyə qısa tətil planı etməlisən?
Qısa tətil sadəcə istirahət deyil. Bu, özünü yeniləmək üçün effektiv yollardan biridir:
* Zehni yorğunluğu azaldır və fokusunu bərpa edir
* Gündəlik stressdən uzaqlaşmağa kömək edir
* Motivasiyanı artırır və enerjini yeniləyir
* Ailə və dostlarla daha keyfiyyətli vaxt keçirməyə imkan yaradır
Bəzən sadəcə 1–2 gün kifayətdir ki, özünü daha yaxşı hiss edəsən.
Tətil planını asanlaşdır
Artıq tətil planın üçün günlük ev tapmağa saatlarla vaxt sərf etməyə ehtiyac yoxdur.
Burdaqal.az vasitəsilə istədiyin bölgədə, büdcənə uyğun günlük kirayə evləri asanlıqla tapa, variantları müqayisə edə və bir neçə addımda rezervasiya edə bilərsən.
İstirahət üçün axtardığın günlük ev düşündüyündən daha yaxındır sadəcə doğru seçimi etmək lazımdır.